Putin İrəvana gedir - Kreml səbəbi açıqladı

Putin İrəvana gedir -


Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Ermənistana səfər edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rusiya prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasına qatılacaq.

İclasda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, KTMT-nin cavabdeh olduğu ərazilərdəki vəziyyət, təşkilatın kollektiv təhlükəsizlik sisteminin perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Şuranın iclasında təşkilata sədrlik Ermənistandan Belarusa keçəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...