`Ermənistan məhkəməyə çağırılmalıdır` - Səməd Seyidov

`Ermənistan məhkəməyə çağırılmalıdır` -


“Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan Ermənistan məhkəməyə çağırılmalıdır”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı zamanı deyib.

Komitə sədri bildirib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir: “Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik. Gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır.

Amma bu gün reallıqdan çıxış edərək bildirirəm ki, BMT-nin 4 qətnaməsinin icrası ilə bağlı problemlər yaşadığımız halda, beynəlxalq cinayət məhkəməsinə müraciət etmək və orada siyasi prosesləri tamamilə kənarlaşdırıb ədaləti axtarmaq çox çətin və mürəkkəb bir məsələdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...