Prezident istefa verəcək - Rüşvət qalmaqalına görə

Prezident istefa verəcək -


Cənubi Koreya prezidenti Pak Kın Xe bəyan edib ki, ölkə parlamenti hakimiyyətin təhlükəsiz keçid planını hazırlayan kimi istefaya gedəcək.

AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Assosieyted Press” agentliyi məlumat yayıb. Qeyd olunub ki, dövlət başçısı gələcək taleyi ilə bağlı qərar verməyi parlamentin ixtiyarına buraxıb:

“Prezidentliyimin müddətinin ixtisar edilməsi də daxil olmaqla, dövlət başçısı kimi taleyimlə bağlı məsələni parlamentin həll etməsini təklif edirəm. Mən bu plana əsasən və qanunla müəyyən edilmiş prosedurlarla prezidentlik vəzifəmi tərk edəcəyəm”.

Qeyd edək ki, Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Belə ki, onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanır. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
756 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...