Nazir müavini: "Xəzərin hüquqi statusuna dair sammitin tarixini demək çətindir"

Nazir müavini: "Xəzərin hüquqi statusuna dair sammitin tarixini demək çətindir"


"Xəzərin hüquqi statusuna dair Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin tarixini demək çətindir".

APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun üzvü Xələf Xələfov deyib. Nazir müavini qeyd edib ki, bu barədə nazirlərin görüşündən sonra nəsə demək mümkün olacaq.

"Eyni zamanda baxacağıq ki, konvensiyanın razılaşdırılmamış məsələləri ilə bağlı vəziyyət hansı səviyyədədir. Onu deyə bilərəm ki, nazirlərin görüşünün Astanada keçirilməsi nəzərdə tutulur", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
735 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...