Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək

Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək


Azərbaycan gələn il İran vətəndaşları üçün viza rejimini əhəmiyyətli dərəcədə sadələşdirməyi planlaşdırır. Trend-in məlumatına görə, bu sözləri iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın iclasında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir deyib: “2017-ci ilin yanvarın 10-dan başlayaraq İran vətəndaşları Azərbaycana daxil olmaq üçün vizaları ASAN Viza sistemi ilə ala bilər, bu zaman onlar vizanı üç gün ərzində əldə edəcəklər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...