"Bordyujanın açıqlaması çox savadsız idi" - Spiker

"Bordyujanın açıqlaması çox savadsız idi" -


“Bir qrup tarixçi müəllim mənə müraciət edib. Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dilini bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur”. AzVision.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Deputat tarixçi həmkarlarından bu məsələni diqqətdə saxlamağı xahiş edib: “Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var ki?!” Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bu məsələ diqqətdə saxlanmalıdır.

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, İran Şuşadakı tarixi məscidin bərpası ilə bağlı Ermənistana yardımlar göstərir.
Millət vəkili İranın müdafiə naziri Hüseyn Dehqanın “İsrailin baş naziri Benyanim Netanyahunun Azərbaycana səfərinə dözə bilməyəcəyik” deyə fikirlərinə də münasibət bildirb.

“Xalq arasında bir deyim var: “Sərt olub nə edəcəksən?”. Azərbaycan İsraillə əlaqələrini bundan sonra da davam etdirəcək”.
Deputat ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verən insident barədə fikirlərini qeyd edib: “Bu, Ermənistanın növbəti təxribatıdır və Ermənistan Rusiyanı da bu prosesə qoşmaq istəyir. Ötən gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja “Dağlıq Qarabağ Respublikası” ifadəsini işlətdi. Bu adam artıq baş katiblikdən getməlidir”.

Milli Məclis sədri Oqtay Əsədov isə qeyd edib ki, Bordyujanın açıqlaması çox savadsız idi: “Buna Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Ona görə də, məsələni çox da şişirtmək lazım deyil”. Spiker onu da əlavə edib ki, Azərbaycan İranın daxili işlərinə qarışmır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
817 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...