Putin və Ərdoğan Suriya məsələsini müzakirə ediblər

Putin və Ərdoğan Suriya məsələsini müzakirə ediblər

Bu gün Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Rusiya prezidentinin saytı xəbər verir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

V.Putin və R.T.Ərdoğan Suriya böhranının tənzimlənməsinə xüsusi diqqət ayırıblar. Qeyd edilib ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hökuməti və müxalifəti arasında hərbi əməliyyatların dayandırılması barədə razılaşmaya ümumilikdə riayət edilir. Tərəflər Suriya böhranı ilə bağlı Astana danışıqlarına hazırlıqla əlaqədar birgə səylərin gücləndirilməsini zəruri sayıblar.

V.Putin və R.T.Ərdoğan ikitərəfli ticari-iqtisadi əlaqələrin bərpası və yaxın perspektivdə Rusiya-Türkiyə Ali Səviyyəli Əməkdaşlıq Şurasının keçirilməsi məsələlərini də müzakirə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...