Tramp: “Rusiya bir nömrəli düşmənimizdir”

Tramp: “Rusiya bir nömrəli düşmənimizdir”


CNN televiziyası Donald Trampın prezident olmazdan öncə Rusiya haqqında dilə gətirdiyi sərt açıqlamaları toplayıb.

Axar.az xəbər verir ki, 2014-cü ildə “Foks Nyus” televiziyasına müsahibəsində Tramp Rusiya haqda danışarkən ABŞ prezidentliyinə eks-namizəd Mit Romninin fikirləri ilə razılaşır. Elə həmin verilişdə Tramp Rusiyanı ABŞ-ın bir nömrəli geosiyasi düşməni adlandırır:

“Mitin Rusiya haqqında dedikləri doğrudur. Rusiya bizim ən böyük problemimizdir. Bəzi KİV-lər Romninin fikirlərinə gülürlər. Sonradan bəlli oldu ki, o, tamamilə haqlıdır. Baxın görün Rusiya İranla nə edir. Onlar Suriyada və demək olar ki, hər yerdə situasiyaya nəzarət edirlər. Bizi hər yerdən qovublar”.

Buna bənzər fikirləri Tramp eyni ildə NBC telekanalında da səsləndirib. Bu dəfə o, Rusiyaya qarşı sanksiyaların tətbiqini istəyir:

“Biz gərək sanksiyalar tətbiq edək. Güc nümayiş etdirməliyik. Putin Obamanı aldadıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
712 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...