ABŞ nefti ucuzlaşdırır

ABŞ nefti ucuzlaşdırır


ABŞ-da hasilatın artması nefti ucuzlaşdırıb.

AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,85 dollar və ya 1,62% azalaraq 51,63 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar və ya 1,48% azalaraq 54,65 dollar olub.

Neftin ucuzlaşmasının səbəbinə gəlincə, Davos Forumunda çıxış edən Səudiyyə Ərəbistanın neft naziri Xalid əl-Falih və BP şirkətinin baş icraçı direktoru Bob Dadli bildiriblər ki, neftin 1 barelinin qiyməti 50 dolları ötən kimi, ABŞ-ın neft hasilatçıları aktivləşir.

Bu arada OPEC dünya neft tələbi ilə bağlı proqnozunu dekabr ayı ilə müqayisədə 0,04 mln. barel artıraraq 95,6 mln. barelə yüksəldib. Proqnozun yüksəldilməsinə səbəb OECD üzvü olan Avropa ölkələrində tələbin artması və gözlənilən soyuq hava şəraiti durumunda nəqliyyatda yanacaq sərfiyyatının artması ilə bağlıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
776 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...