MHP-yə nazir postları verilir - Yıldırım

MHP-yə nazir postları verilir -


MHP-çi siyasətçilər nazir postuna təyin oluna bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verən baş nazir yeni sistemdə MHP-çi siyasətçilərin dövlət idarəçiliyində təmsil olunacağını bildirib:

“Prezident respublikasına keçiddən sonra yeni formalaşacaq kabinetdə MHP-çilər də ola bilər. Bizim prezidentlə münasibətlərimiz yaxşıdır. Ancaq sabah eqosu güclü iki ad olsa, bu, ikitirəlik yaradar, ölkəni idarə etmək olmaz. Prezident respublikası mənim ideyamdır, üzərində çox uzun müddət çalışdım. Sonra MHP ilə dialoq qurduq. Uğur qazanmaq istəyirəm.

Tək adam qayğıları yersizdir, heç kimin rejimlə dərdi yoxdur. Həm parlament, həm də prezident ölkədə seçki keçirə biləcək”.

Qeyd edək ki, yeni qaydalar qəbul olunsa, 2019-cu ildən sonra prezident tərəfindən təyin olunacaq kabinetdə millət vəkillərinə yer verilməyəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
748 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...