Sarkisyan: "Azərbaycan hücuma hazırlaşır, biz isə müdafiəyə"

Sarkisyan: "Azərbaycan hücuma hazırlaşır, biz isə müdafiəyə"

Ermənistan Azərbaycanla silahlanma yarışına girişməməlidir, Azərbaycan tərəfinin aldığı və əsasən hücum üçün nəzərdə tutulan silahları əldə etməməlidir.

Virtualaz.org bildirir ki, Ermənistan prezidenti Serj Sarkisyan bunu iki gün əvvəl etdiyi çıxışında deyib.

"Bizdə hücum hərəkətlərinin hədəfləri yoxdur və əgər onlar təyyarələr əldə edirlərsə, biz Hava Hücumundan Müdafiə vasitələri, əgər tanklar əldə edirlərsə, onda biz tank əleyhinə vasitələr əldə etməliyik. Amma bu o demək deyil ki, biz təyyarələr və ya tanklar əldə etməməliyik", - S.Sarkisyan vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
661 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...