Bakıda AŞPA-nın komitə iclası keçiriləcək

Bakıda AŞPA-nın komitə iclası keçiriləcək


Bakıda Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçiriləcək.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclas martın 15-16-da olacaq. AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda da toplantıda iştirak edəcək. O, “Fövqəladə qaçqın hallarının maliyyələşməsi yollarının inkişafı”na dair hesabat təqdim edəcək və bunun əsasında qətnamə qəbul olunacaq.

Yığıncaqda bir sıra digər hesabatlar da dinləniləcək, həmməruzəçilər təyin ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
708 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...