"Nə üçün bunları gözləməliyik?" - Siyavuş Novruzov

"Nə üçün bunları gözləməliyik?" -


“Tarixin hər bir dönəminə baxsaq, Azərbaycanın dinc əhalisi üzərinə gələn nizami ordu ilə vuruşmaqla üz-üzə qalıb”

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, Xocalı soyqırımı ermənilərin Azərbaycana qarşı etnik və dini təmizləməsidir: “Bunun başında Ermənistanın cinayətkar rəhbərliyi dayanır. Bizim hüquq-mühafizə orqanları onların barəsində şifahi qərar çıxarmalıdır. Biz gözləməli deyilik ki, onlar nə zamansa tutulacaq. Ermənistanın cinayətkar rəhbəri Serj Sarksyan BMT-nin kürsüsündə öz "qəhrəmalağından" danışıb ki, Xocalı soyqırımında necə iştirak edib. Balayan öz kitaında necə uşaqları öldürdüyündən, necə zövq almasından yazıb. Nə üçün bunları gözləməliyik? Bunlarla bağlı Hərbi Məhkəmədə cinayət işi açılıb. Onlar barəsində şifahi qərar qəbul etmək olar. Bu, ona görə edilməlidir ki, sonra bizə deməsinlər ki, niyə vaxtında tədbir görmürdünüz?. Ermənilərin törətdikləri həm də dini təmizləmədir. Əfsuslar olsun ki, bəzi islam ölkələri Ermənistanla isti münasibət qurmağa cəhd edir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...