Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Səfir: “Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır”


"Ötən ilin iyun ayında Almaniyanın keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfər edib və bəyan edib ki, aprel ayındakı hadisələr göstərib ki, status-kvo vəziyyəti dəyişilməlidir. Almaniyanın mövqeyi ondan ibarətdir ki, bu münaqişə ilə bağlı ciddi danışıqlar aparılmalıdır".
Bunu "Report"un Şimal bürosuna açıqlamasında Qusar rayonunda səfərdə olan Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
"Biz bunun üçün səylər göstəririk. Çox təəssüf ki, yenidən təmas xəttində baş verən hadisə zamanı yenə itkilər olub, cavan əsgərlər həlak olublar. Bu, böyük faciədir, çünki ailələr oğullarını itirir", - deyə, M.Kindsqrab əlavə edib.
Səfir vurğulayıb ki, Almaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: "Münaqişə sülh yolu ilə, Madrid prinsipləri əsasında həll olunmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...