Almaniya kəşfiyyatı “Sərhədsiz Reportyorlar"ın Azərbaycanla yazışmalarını niyə izləyib?

Almaniya kəşfiyyatı “Sərhədsiz Reportyorlar"ın Azərbaycanla yazışmalarını niyə izləyib?


“Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatı Almaniyanın xarici kəşfiyyat xidməti BND-nin təşkilatın xarici partnyorları ilə apardığı elektron yazışmaları izlədiyini bildirir.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Almaniya mediası yazır. Təşkilat elektron yazışmaları izlədiyinə görə BND-ni məhkəməyə verib və axıra qədər getməyə hazırdır.

Təşkilatın Almaniya filialının icraçı direktoru Kristian Mihr bildirib ki, BND “Sərhədsiz Reportyorlar”ın 2013-cü ildə aldığı və göndərdiyi 280 mindən çox e-mailini ələ keçirib. Bu elektron məktubların çoxu xarici ölkələrə göndərilib. Çünki təşkilat dünyada söz və mətbuat azadlığının müdafiəsi ilə məşğuldur.

Kristian Mihr bildirib: “Bizim təşkilatın regional əməkdaşlıq prioritetlərinə Yaxın və Orta Şərq, keçmiş sovet məkanının praktiki olaraq bütün ölkələri, keçmiş SSRİ respublikaları, o cümlədən Suriya, Azərbaycan, Misir, Özbəkistan və s. kimi ölkələr daxildir. Bir çox KİV-lərin məlumatına görə, BND-nin çoxsaylı əməliyyatları da məhz dünyanın bu ölkələrində həyata keçirilir”.

Kristian Mihr

Almaniya kəşfiyyatı “Sərhədsiz Reportyorlar"ın Azərbaycanla yazışmalarını niyə izləyib?

“Sərhədsiz Reportyorlar” bildirir ki, BND ona aid elektron məktubları köçürüb və geri qaytarıb. Təşkilat narahatdır ki, alman kəşfiyyatı onun xarici ölkələrlə yazışmalarını izləyərkən jurnalistlərin informasiya mənbələrini də öyrənib.

Kristian Mihr bildirir ki, BND-nin bu hərəkəti Almaniyanı Çin, Səudiyyə Ərəbistanı, Özbəkistan kimi özbaşına izləmə prosedurlarının tətbiq edildiyi avtoritar ölkələrlə bir sıraya qoyur.

BND ilə”Sərhədsiz Reportyorlar” arasında məhkəmə çəkişməsi il yarıma yaxındır davam edir. Təşkilat bildirir ki, iddianı Federal Konstitusiya Məhkəməsinə qədər aparacaq.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1278 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...