Oqtay Əsədov: "Bankların müflisləşməsinin qarşısı alınmalıdır"

Oqtay Əsədov: "Bankların müflisləşməsinin qarşısı alınmalıdır"


Oqtay Əsədov: "Bankların müflisləşməsinin qarşısı alınmalıdır"


"Azərbaycanda zərərlə işləyən banklar mütləq sağlamlaşdırılmalıdır". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov bugünkü plenar iclasda bildirib.

"Bu gün bəzi qəbul olunan qanunların məqsədi bankların sağlamlaşdırılmasıdır. Bankların doğrudan da buna ehtiyacı var. Gündə 5 milyon manat zərər edən banklar var. Özü də zərər günbəgün artır: 5 milyon olacaq 10 milyon, 10 milyon olacaq 40-50 milyon manat. Buna görə, bu bankları sağlamlaşdırmaq lazımdır. Ona görə "körpü bank" və bu qanunlar lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasına səlahiyyətlər vermək lazımdır ki, bankların piramida kimi müflisləşməsinin qarşısı alınsın", - deyə O.Əsədov vurğulayıb.

Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Prosessual, Mülki Prosessual, Mülki Məcəllə, eləcə də "Banklar haqqında" qanunlara dəyişikliklər edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...