Ramiz Mehdiyev Patruşevlə Suriyanı müzakirə etdi

Ramiz Mehdiyev Patruşevlə Suriyanı müzakirə etdi
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə edib.

Bu haqda Modern.az TASS-a istinadən xəbər verir.
Danışıqlar Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr zamanı keçirilib.

Məlumatda qeyd olunur ki, N.Patruşev və R.Mehdiyev Rusiya və Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun qarşılıqlı və konstruktivlik üzərində qurulduğunu qeyd edib.

Bakıya səfərinin sonunda N.Patruşev Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə görüşü zamanı iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...