Obamanın dövründə vəziyyət daha yaxşı idi” - Putin

Obamanın dövründə vəziyyət daha yaxşı idi” -


Donald Trampın dövründə Vaşinqtonla inam səviyyəsi xüsusilədə hərbi anlamda yaxşı olmayıb, əksinə böyük ehtimalla pisləşib. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Mir”telekanalına müsahibəsində bildirib.

Rusiya prezidenti vurğulayıb ki, Suriyanın İdlib əyalətində baş vermiş kimyəvi hücumla bağlı iki əsas versiya var: “Birinci versiya, Suriya aviasiyasının raketlərinin terrorçuların zəhərləyici maddələrin istehsalı ilə bağlı yeraltı sexlərinə düşməsidir. Bu, mümkündür. Ona görə ki, terrorçular dəfələrlə bu zəhərli maddələrdən istifadə ediblər”.

İkinci versiya kimi isə Putin bunu qurama, təxribat adlandırıb: “Bunu qəsdən ediblər ki, səs-küy qaldırsınlar, Suriyanın qanuni hakimiyyətinə qarşı əlavə təzyiq göstərmək üçün bəhanə yaratsınlar. Bütün bunlar yoxlanılmalıdır. Yoxlanılmadan Suriyanın rəsmi hakimiyyətinə qarşı hansısa addımların atılmasını mümkün hesab etmirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
652 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...