Kreml Avropada kriminal şəbəkələrə nəzarət edir – Avropa Şurası bu əlaqələri araşdırır

Kreml Avropada kriminal şəbəkələrə nəzarət edir –


Avropada fəaliyyət göstərən kriminal şəbəkələrin Kremllə əlaqələrə malik olmasına dair hesabat açıqlanıb. Avropa Şurasının siyasi əlaqələr üzrə departamenti qitə ərazisində baş verən kriminal hadisələrdə Rusyanın təsirinin olduğunu vurğulayır. Bildirilir ki, rus cinayətkarlar Avropada satılan heroinin 1/3 hissəsinə, qeyri-avropalıların iştirakı ilə həyata keçirilən insan alverinin yarıdan çoxuna, qanunsuz silahların Avropaya gətirilməsinə cavabdehdirlər.

“Yerli cinayətkar qruplar” ruslar tərəfindən idarə olunmaqdan uzaqlaşmalarına baxmayaraq, Avropa Şurasının Xarici işlər üzrə departamenti və hesabatı təqdim edən Mark Caleotti deyir ki, bu cinayətkarların Rusya Federal Təhlükəsizlik Xidməti ilə əlaqələrinin olduğunu isbat edən dəlillər var.

Mənbə bildirir ki, Rusya hökuməti ilə cinayətkar qruplaşmaların əlaqəsi yeni deyil.

Caleotti qeyd edir ki, Kreml 1990-2000-ci illərdə mütəşəkkil cinayətkar qruplaşmaların Rusya dövlətinə qarşı çıxmalarının qarşısını almaq üçün çeçen kriminalları ilə işləyib. Bundan əlavə, 2011-ci ildə Dumaya seçkilər zamanı müxalifətin işlərini pozmaq üçün mütəşəkkil cinayətkar dəstələrdən istidə edildiyini göstərən “aydın göstəricilər” var.

Araşdırmaya görə, Rusyaya bağlı cinayətkar qruplaşmaların bir çoxu Avropa polisi tərəfindən tutulsa da, Moskva ilə əlaqəli cinayətkar qruplar, məsələn, “Kutaisi klanı” hələ də fəaliyyət göstərir.

Portuqaliya polisinin Matrioskas əməliyyatında bu qruplardan biri dağıdılmışdı. Matrioskas “çirkli pul”ları yumaq və Böyük Britaniyadan Estoniya, Almanya və Moldaviyaya “çirkli pul”lar keçirib qeyri-qanuni mərclər keçirmək üçün futbol komandalarına ötürülməsində rol oynayırdı.

Caleottiyə görə, Putin Rusyasında dövlətə lazım olduğu vaxt cinayətkarlardan və məhkumlardan istifadə olunur. O, Putinin də yeri gəldikdə cinayətkarlardan istifadə edən Rusya ənənəsini davam etdirdiyini bildirib.

Məsələn, Viktor Bout buna bariz nümunə kimi göstərilir. Onun Rusya hərbi kəşfiyyatı ilə əlaqəsi olduğu iddia edilmişdi. Boutun Kolumbiyada qiyamçı qruplaşmalara silah daşıdığı iddia edilir. Doğrudur, bunun birbaşa Moskvanın göstərişi olması bilinməsə də, silahları Boutun təklif etdiyi bildirilib.

Amma beynəlxalq dərəcəli bu cinayətlər yalnız silah ticarətində rastlanmır. Belə ki, Rusyadan Estoniyaya qanunsuz olaraq kütləvi şəkildə siqaret daşınır, lakin Rusya təhlükəsizlik xidməti buna göz yummaqdadır. Estoniyanın Təhlükəsizlik Agentlyi bir neçə dəfə bu qaçaqmalçılıda Rusya Federal Təhlükəsizlik Xidmətinin izini tapsa da, işi sona çatdırmaq mümkün olmayıb, FTX izləri itirib.

Avropa Şurasının Siyasi əlaqələr üzrə departamenti bildirir ki, bu cür işlərdə Kremlin barmağı olduğunu sübut etmək mümkün olmasa da, bu alverdən əldə edilən gəlir Avropadakı Rusyameylli siyasi aktivistlərin təsis etdiyi fondların hesabına köçürülür.

Rusyaya bağlı cinayətkar qruplaşmalarla mübarizə aparmaq üçün Avropa Şurasının Siyasi əlaqələr üzrə departamenti bir sıra ciddi tədbirlər görülməsinin əhəmiyyətini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...