Ankaradan verilən işarə: PKK-ya son zərbənin arxasında duran səbəblər - TƏHLİL

Ankaradan verilən işarə: PKK-ya son zərbənin arxasında duran səbəblər -


Serhat Erkmen

"Dünya bülteni"
Türk Silahlı Qüvvələrinin (TSQ) aprelin 25-də Suriya və İraqda PKK-ya qarşı həyata keçirdiyi əməliyyat bölgədəki siyasi və strateji balansın nə qədər həssas olduğunu göstərdi. Bu əməliyyatın ən mühüm səbəbi terror təşkilatının həmin bölgələrdən Türkiyə hüdudlarına daxil olması üçün istifadə etməsidir. Ancaq bu, güman ki, əməliyyatın səbəblərindən yalnız biridir. Dərin qiymətləndirmə əməliyyatın yeganə səbəbinin bu olmadığını ortaya qoyur.

Dünyanın bir çox yerlərində terror təşkilatları fəaliyyət göstərdikləri ölkələrin xaricində təşkilatlanır. Bu təşkilatlanma yalnız hədəfə aldıqları ölkələrlə sərhəddə baş vermir. Həyat sahəsi tapa bildiyi fərqli coğrafiyalarda təşkilatlanaraq, onlar maliyyə qaynağı, beynəlxalq dəstək əldə etmə, üzv toplama kimi fəaliyyətlər həyata keçirir. Hətta bəzi dövrlərdə terror hərəkətlərini yönəltdikləri ölkədə zəiflədikdə, digər ölkələrdə yenidən təşkilatlana, varlıqlarını qoruya bilir.

Buna görə də terrorla mübarizənin yalnız ölkə daxilində aparılmadığı ümumməqbul faktdır. Ancaq mübarizənin forması dəyişə bilər. Bəzi nümunələrdə terrorla mübarizə sərhədin o biri üzündə hərbi / kəşfiyyat, bəzi nümunələrində maliyyə, bəzilərində isə diplomatik tədbirlərlə ön plana çıxır.

Terrorla ən modern mübarizə nümunələrində bu tədbirlərin hər biri əhatəli, mütəşəkkil və yaxşı planlanlaşdırılmış prosesdir.

Türkiyənin PKK ilə öz sərhədləri xaricində apardığı mübarizədə Suriya və İraq haradasa bütün sahələri ehtiva edən xüsusi bir yerə sahibdir. PKK-nın beynəlxalq konyuktura, regional inkişaf və bu ölkələrin daxili siyasi strukturlarına təsirilə özünə mühüm fürsətlər tapması danılmaz gerçəkdir.

Suriyada isə o, beynəlxalq tanınma əldə etməyə çalışılır. Buna görə də Türkiyənin sərhədin o tayında keçrdiyi əməliyyat yalnız hərbi tələb deyil, təhlükəsizliyin fərqli ölçüləriylə də qiymətləndirildiyi zaman məna qazanır.

PKK ilə mübarizə Türkiyə daxilində sürətlə davam edir. 2015-ci ilin sonlarında bəzi il və mahal mərkəzlərində keçirilən əməliyyatlar 2016-ının ikinci yarısından etibarən çöl sahələrə davam etdirilir. Kənd yerlərində baş tutan həmin əməliyyatların bahar fəslində daha da genişlənməsi gözlənilirdi.

Buna qarşılıq olaraq PKK-nın İraq və Suriyadakı təşkilatlanması, təşkilatın Türkiyə içindəki itkinlərini kompensasiya etmə cəhdi aydın görünür. Hətta son dövrdə dronlarla həyata keçirilən təsirli əməliyyatlar sayəsində təhlükəsizlik qüvvələrinin itkiləri minimuma enmiş olsa da, PKK-nın sıxlıqla sərhəddən sızma yolu ilə terror aktları həyata keçirməyə çalışdığı gerçədir.

Bununla birlikdə, PKK ilə mübarizənin yalnız terrorçuları zərərsizləşdirməklə məhdudlaşdırılmadığı deyilməlidir. Təşkilatın maliyyə, silahlanma və xüsusilə rəsmi tanınma ilə bərabər, İraq və Suriyadakı "boz bölgələr"dən istifadə səyində də ciddi bir artım var.

Uzun müddətdir ki, təhlükəsizlik qüvvələrinin Türkiyə daxilində keçirdiyi əməliyyatlarda PKK-nın İraq və Suriyada əldə etdiyi silah-sursatın Türkiyə-Suriya sərhədindəki YPG-dən aldığı ortaya çıxıb. Daha geniş baxımdan, İraq-Suriya-Türkiyə üçbucağında mövqeyini genişləndirərkən, PKK bu bölgəni özü üçün əhəmiyyətli bir məntəqəyə çevirib.

Buna görə də Türkiyənin PKK ilə mübarizəsinin yalnız İraqa fokuslanaraq nəticə alması mümkün görünmür.

Son həftə içində Şimali İraqda Sinat-Haftanin, Metina, Qara, Şam, Avaşin-Basyan, Zap və Hakurk ətrafındakı düşərgələrə və dəyişik xarakterli hədəflərə istiqamətli hava əməliyyatlarında gözlə görülən artım var. Ancaq PKK əleyhinə hərbi basqının bircə sahə ilə məhdudlaşdırılması ümumi nəticəni mənasızlaşdırırdı.

Odur ki, PKK-nın daha əvvəl hədəfə alınmayan bölgələrdə də təzyiq altına alınması, təhlükəsizliyin təmin edilməsi prosesinə qatqı kimi qiymətləndirilməlidir. Lakin Suriya və İraqda vurulan hədəfləri nəzərə alaraq, təhlükəsizliyin təmin edilməsini yalnız taktiki meyarla deyil, bu hərbi hərəkatın mümkün siyasi və diplomatik nəticələri çərçivəsində qiymətləndirmək doğru olacaq.

Əməliyyatın ikinci səbəbi PKK-nın Suriyanın şimalında və İraqın Sincar bölgəsində strateji bir aktyora çevrilməsidir. İŞİD əleyhinə koalisiyanın bir hissəsi kimi ABŞ-la əməkdaşlığın nəticəsində PKK-nın əhəmiyyətli bir uğur əldə etdiyi gerçəkdir.

Hər nə qədər ABŞ PKK-nın terror təşkilatı siyahısında olduğunu desə, YPG-nin terror qurumu olmadığını və özünün də YPG ilə əməkdaşlıq etdiyini iddia etsə də, bunun yalnız ifadə səviyyəsində bir mənası olduğunu bölgəni tanıyan hər kəs bilir. PKK, YPG vasitəsilə ABŞ-la əlaqəni strateji qoruma qalxanı kimi düşünür.

Əslində, bu düşüncəsində haqsız sayılmamalıdır. Ancaq son əməliyyat bu qoruma qalxanının nə qədər kövrək ola biləcəyinə işarədir.

Əməliyyatın ABŞ və Rusiyaya xəbər verildiyi mətbuatda yer alıb. Onsuz da ABŞ bunu rədd etmədi, ancaq qəbul etmədiyini bildirdi. Bu mənada əhəmiyyətli olan xüsus budur: Türkiyənin "PKK-nın Suriya və İraqda yaratmağa çalışdığına icazə verməyəcəyəm" eyhamı, hərbi üsullardan istifadəsi – siyasi hərəkət formasıdır. Bu ana qədər yaşanan müddət, bu əməliyyatın bir ilk olduğunu, lakin son olmayacağını göstərir.
Tərcümə: Strateq.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...