Ceyms Komi: "Trampın məni əsassız olaraq istefaya göndərə biləcəyini gözləyirdim"

Ceyms Komi: "Trampın məni əsassız olaraq istefaya göndərə biləcəyini gözləyirdim"


ABŞ Federal Tədqiqatlar Bürosunun (FBİ) vəzifəsindən uzaqlaşdırılan keçmiş rəhbəri Ceyms Komi qurumun əməkdaşlarına vida məktubu göndərib.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat yayıb. C. Komi məktubunda bildirib ki, prezidentin onu hər hansı əsas olmadan işdən kənarlaşdıra biləcəyini gözləyirdi: “Uzun müddət mən hesab edirdim ki, prezident məni heç bir əsas və ya səbəb olmadan istefaya göndərə bilər. Mən bu qərarla bağlı lazımsız düşüncələrə və əslində bu cür qərarların necə verilməli olduğu barədə fikirlərə vaxt sərf etmək niyyətində deyiləm. Ümid edirəm ki, siz də mənimlə həmfikirsiniz. Bu, artıq baş verib. Mənimlə bağlı hər şey qaydasındadır. Lakin həm sizlər, həm də iş üçün çox darıxacağam“.


Qeyd edək ki, D.Tramp iki gün əvvəl C.Komini "etimadı itirdiyi və FBİ-ı effektiv idarə etmək qabiliyyətində olmadığı” üçün istefaya göndərib. ABŞ Ədliyyə Nazirliyinin (FBİ bu qurumun tabeliyindədir) rəhbərliyi hesab edir ki, C. Komi 2016-cı ildə keçmiş dövlət katibi və ABŞ prezidentliyinə namizəd Hillari Klintonun xidməti məqsədlər üçün şəxsi elektron ünvanından istifadəsinə dair təhqiqatı bağlamaqla vəzifə səlahiyyətlərini aşıb.

CNN-nın məlumatına görə isə, C. Kominin istefaya göndərilməsinin səbəbi onun prezidentə şəxsi sədaqət nümayiş etdirməməsi olub. Ağ Evin 30-dan çox məmurunun "The Washington Post"a verdiyi məlumata görə, C.Kominin Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsi məsələsinə həddən artıq marağı prezidenti qıcıqlandırıb. Xatırladaq ki, FBİ Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və D. Trampın yaxın ətrafının Rusiya ilə gizli əlaqələri barədə təhqiqat aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
720 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...