Oqtay Əsədov Türkiyəyə gedir

Oqtay Əsədov Türkiyəyə gedir


Milli Məclisin sədri Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün mayın 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə təşkilatın əhatə etdiyi Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmə qarşı mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.

Səfər çərçivəsində Oqtay Əsədovun toplantıda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...