Dilqəm Əsgərovun yanında niyə silah vardı? – Rus səfir

Dilqəm Əsgərovun yanında niyə silah vardı? –


Azərbaycan mətbuatı tez-tez bu mövzuya toxunur. Təəssüf ki, Rusiya Federasiyasının öz vətəndaşları ilə iş prinsipi çoxlarına tam aydın deyil.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Sputnik nəşrinə verdiyi müsahibə zamanı niyə Aleksandr Lapşin və Dilqəm Əsgərov məsələlərinə Rusiyanın eyni mövqedən yanaşmadığı haqda danışarkən deyib.

“Əgər vətəndaşın başına bir iş gəlirsə, səfirlik öncə öz konsulluq işçisini onun yanına yollayır. Sözügedən işçi vətəndaşın sənədlərini yoxlayır, başına nə gəldiyini aydınlaşdırır. Bundan sonra isə hansı addımların atılmalı olduğu qərarı verilir.

Biz bütün bunları edə bilmərik, çünki vətəndaş Rusiyanın dövlətlərarası münasibətlər subyekti kimi qəbul etmədiyi bir ərazidə yerləşir.

Bu haqda Rusiya XİN nümayəndəsi Artem Kojin danışıb, təkrarlaya bilərəm. Necə oldu ki, Əsgərov orda peyda oldu? Necə oldu ki, o sərhəd xəttini keçdi? Əslində baş verən nə idi? Niyə Əsgərovun yanında silah var idi? Bizdə məsələni tam dərk etmək üçün kifayət qədər məlumat yoxdur. Lapşinlə Əsgərov məsələlərini bir-birindən fərqləndirən budur.

Bu o demək deyil, Rusiya Dilqəm Əsgərovdan üz çevirib. Bu məsələ bizim təşəbbüsümüzlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gündəliyinə daxil edilib. Bu məsələ ilə həmçinin ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan xüsusi nümayəndəliyi də maraqlanır”, - deyə səfir bildirib.

Səfir Qırmızı Xaç nümayəndələri ilə də bu mövzuda müzakirələr aparıldığını bildirib:

“Sözügedən məsələni onlar da bilir. Vəziyyət qeyri-standart və mürəkkəbdir. Və təkrar edirəm ki, biz bu məsələnin həlli yolunua axtarırıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...