“Azərbaycanın məsələsi gələndə susurlar, amma...” - Milli Məclisin AŞPA-dakı deputatı

“Azərbaycanın məsələsi gələndə susurlar, amma...” -


“Beynəlxalq təşkilatlarda ikili standartlar mövcuddur. İstənilən zaman istənilən dövlətə qarşı sanksiyalar tətbiq oluna bilər. Hətta sanksiyalar tətbiq olunan dövlətlərə qarşı qətnamələr qəbul olunur və dərhal icra edilir. Amma Avropa Şurasında, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı neçə illər öncə qətnamələr qəbul edilib və onların heç birinə əməl olunmur. Bu yalnız bizə aid olan ən bariz nümunədir. Dünyada müxtəlif proseslər gedir. Kimin maraq dairəsində həmin o proseslər varsa, dərhal müzakirə olunur və qərarlar qəbul edilir. Əgər kimlərinsə maraqlarında deyilsə, müəyyən məsələlər danışılmır və unudulur”.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Modern.az-a açıqlamasında deyib.


Deputat bildirib ki, bu gün beynəlxalq təşkilatlarda miqrasiya prosesi və qaçqınlar ən aktual məsələlərdir.

“Azərbaycan hər zaman Avropa, dünya ölkələrinə 1 milyon qaçıqınımızın olduğunu çatdırır. Onların vəziyyətini, torpaqlarına qayıtması haqqında məlumat verərək dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməyə çalışır. Lakin yenə də biz onun şahidiyik ki, müxtəlif beynəlxalq təşkilatlarda miqratlarla bağlı qərarlar qəbul olunur, müzakirələr keçirilir. Yalnız Azərbaycanla bağlı heç bir mövqe bildirilmir. Bu yenə də müəyyən maraqların həyata keçirilməsini göstərir”.

S.Fətəliyeva hazırda beynəlxalq təşkilatlarda yeni təzyiq üsulları və insturmentlərin aşkar olunduğunu qeyd edib.
“Təbii ki, bura anti-Azərbaycan kampaniyaları, Azərbaycana qarşı qarayaxmalar daxildir. Bunun ən böyük səbəbi Azərbaycanın inkişafı və müstəqil siyasət aparmasıdır. Biz coğrafiyaya nəzər salsaq görərik ki, Azərbaycanın ətrafında olan ölkələrdə qeyri-stabillik, terrorçuluğun inkişafı və siyasi böhran yaşanır. Azərbaycan bir adadır ki, burda illər boyu sabitlik mövcuddur. Bu gün beynəlxalq təşkilatlar müəyyən dövlətləri, onların başçıslarını kiminsə göstərişləri əsasında siyasət aparmağa məcbur edir. Amma Azərbaycan dövləti, prezidenti müstəqil siyasət aparır. Ölkənin qüdrətini, nüfuzunu artırır. Artıq Azərbaycan dünyada öz sözünü deyən ölkələrdən biridir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...