Yazıçı Proxanov Bakıdan qayıdan kimi nələr danışdı?

Yazıçı Proxanov Bakıdan qayıdan kimi nələr danışdı?


Xəbər verildiyi kimi sovet və Rusiya yazıçısı, “Zavtra” qəzetinin redaktoru, tanınmış ictimai xadim Aleksandr Proxanov Bakıda səfərdə olub. Səfər zamanı Proxanovu Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva qəbul ediblər.

Yazıçı səfər təəsüratları barədə virtualaz.org-a geniş müsahibə verib. Və belə görünür ki, Rusiya mediası da Proxanovun Bakıya səfərini maraqla qarşılayıb. “Komsomolskaya Pravda” qəzetinin əməkdaşı Aleksandr Qamov bildirir ki, o, bu gün iyunun 28-də Facebook-da təsadüfən Proxanovun Bakıda prezident Əliyevlə çəkilmiş fotosuna rast gəlib. Və dərhal sevimli yazıçısına zəng vurub. Məlum olub ki, Proxanov Bakıdan təzəcə qayıdıb:

- Aleksandr Andreyeviç! Mən belə başa düşdüm ki, təzəcə Bakıdan qayıtmısınız...

-Hə, gecə gəlmişəm. Bakıya səfərim zamanı biz prezident Əliyevlə saat yarım söhbətləşdik. Mən onunla Azərbaycanın, Rusiyanın və bütün bəşəriyyətin aktual problemlərini müzakirə etdik.

Yazıçı Proxanov Bakıdan qayıdan kimi nələr danışdı?


-Bəs prezident İlham Əliyevin xanımı, vitse-prezident Mehriban Əliyeva ilə necə, təsadüfən onunla da söhbətləşmədiniz ki?

-Bəli, mən ertəsi gün vitse-prezident, xanım Əliyeva ilə görüşə dəvət olundum və bizim söhbətimiz 45 dəqiqə davam etdi. Lakin biz bu görüşdə siyasətdən yox, fələsəfədən, həyata baxışlardan, bizim bu günkü əzabkeş dünyamızda yaranan ideyalardan danışdıq. Bu, siyasətçidən daha çox iki kulturoloqun söhbəti idi.

-Əliyevlər sizdə hansı təəssürat oyatdı?

-Çox yaxşı. Ağıllı, ziyalı adamlardır. Mənə onlarla söhbət etmək çox maraqlı idi. Görüşlərə görə onlara minnətdaram.

-Belə başa düşdüm ki, siz Azərbaycana prezidentin dəvəti ilə getmişdiniz, elədir?

-Hə. Bu dəvətlə bağlı səfər idi-Azərbaycan prezidenti məni bu şərəfə layiq görmüşdü. Və bu səfərin nəticəsində biz Bakıda İzbor klubunun filialının açılması barədə razılıq əldə etdik. Ona görə ki, Rusiyanın ziyalıları və intellektualları Azərbaycanın ziyalıları, intellektualları ilə sıx, tez-tez ünsiyyətdə olsunlar.

Bundan əlavə mən doğma İvanovka kəndinə baş çəkməyi çox arzu edirdim, orada malakanlar, XVIII əsrdə Rusiyadan getmiş ruslar yaşayır, mənim əcdadlarım da oradandır. Və mən fürsətdən istifadə edərək bu füsunkar malakan kəndinə baş çəkdim.

-Bəyəm sizin əcdadlarınız Azərbaycandadır?

-Mənim əcdadlarım gələcək Azərbaycanın ərazisində qalmış rus malakan kəndindəndir.

-Doğrudan?

-Hə, axı ruslar Qafqaza gediblər, bu da onların bir qoludur.

-Çox maraqlıdır. Yəni ki siz oradan əliboş dönməmisiniz...

-Əlbətdə əliboş gəlməmişəm, çünki malakanlar mənə şərab, meyvə hədiyyə elədilər, ən başlıcası boş qəlblə qayıtmamışam. Çünki mən orada ilahi malakan nəğmələrini dinlədim, əriştə yedim, hansı ki, nənəm uşaqlıqda mənə yedirtmişdi, və elə məqam oldu ki, hətta gözlərim doldu, çünki məndə ruhi həyacan baş qaldırmışdı...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...