Lapşinin Rusiyaya ekstradisiyası mümkündürmü? KREMLDƏN CAVAB

 Lapşinin Rusiyaya ekstradisiyası mümkündürmü?

"Bakıda məhkəmə tərəfindən 3 il həbs cəzasına məhkum edilmiş Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşinin mümkün ekstradisiyası Kremlin mövzusu deyil."
"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu mövzu Kremldə izlənilirmi və Lapşinin ekstradisiyasında israrlı olacaqlarmı?" sualına cavab olaraq D.Peskov bildirib: "Xeyr, bu, Kremlin mövzusu deyil."
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...