İlham Əliyevin Qazaxıstana səfəri başladı

İlham Əliyevin Qazaxıstana səfəri başladı

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb.

APA-nın "Kazinform”a istinadən verdiyi məlumata görə, onu hava limanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.

Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İƏT-in elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan 80 nümayəndə heyəti iştirak edəcək.

Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərginin rəsmi açılış mərasimi olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...