Deputatın partiyası büdcədən ayrılan pulu niyə qəbul etmir? AÇIQLAMA

Deputatın partiyası büdcədən ayrılan pulu niyə qəbul etmir?

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsinə əsasən artıq bir neçə ildir ki, Milli Məclisdə təmsil olunan partiyalara dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Ayrılan vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Hazırda parlamentdə 11 partiyadan millət vəkilləri var. Bir deputatla təmsil olunan partiyaların hər birinə ötən il büdcədən təxminən 98 min manat vəsait ayrılıb. Hər bir partiya 2016-cı ilə aid olan hesabatında bu məbləği qeyd etsə də, Sabir Hacıyevin başçılıq etdiyi Vətəndaş Birliyi Partiyası hesabatında dövlət büdcəsindən hər hansısa bir maliyyə yardımı almadığını və gəlir-çıxarlarının 0-a bərabər olduğunu göstərib. Bu hesabat diqqətimizi cəlb etdiyindən partiya sədrinin nə üçün büdcədən vəsait almadığını öyrənməyə çalışdıq.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev "Qaynarinfo"ya açıqlamasında nazirlik tərəfdən heç bir problemin olmadığını və nəzərdə tutulan vəsaitin ayrıldığını bildirib:

"MSK tərəfindən daxil olan siyahı üzrə Milli Məclisdə təmsil olunan bütün partiyalara qanunvericiliyə uyğun olaraq vəsait nəzərdə tutulur. Bizdə bununla bağlı heç bir problem yoxdur. Partiyanın həmin vəsaiti nə üçün almadığını sədrindən öyrənmək lazımdır".

Partiya sədri, millət vəkili Sabir Hacıyev "Qaynarinfo"ya açıqlamasında bu vəsaiti könüllü olaraq qəbul etmədiklərini bildirib:

"Təxminən 5-6 ildir ki, Milli Məclisdə təmsil olunan partiyalara dövlət büdcəsindən vəsait ayrılır. Lakin o vaxtdan biz özümüz könüllü olaraq bu pulu götürmürük. Bilirsinizmi, partiya əsasən üzvlərinin hesabına formalaşmalıdır, bu səbəbdən də büdcədən pul götürmürük. Yəni, büdcənin pulunu xərcləməyi düzgün hesab etmirik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...