“Avropa öz adamlarını hakimiyyətdə yerləşdirmək istəyir”- BU QƏTNAMƏ GİZLİ HÜCRƏLƏRDƏKİ PLANLARIN NƏTİCƏSİDİR

“Avropa öz adamlarını hakimiyyətdə yerləşdirmək istəyir”-

Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycanla bağlı iki qətnamə qəbul edildi. Həmin qətnamələrdə ölkədə siyasi məhbusların mövcudluğu, ifadə azadlığı, məhkəmə hakimiyyətinin müstəqil olmaması barədə məqamlar əks olunub.
Ancaq Azərbaycan hökuməti bu qətnamədə əks olunanları rədd edərək, AŞ PA-nı qərəzdə ittiham edir.
Hətta Azərbaycanın bu qurumda fəaliyyətini dayandırmaq haqqında fikirlər belə gündəmə gəlib.
Milli Məclisin Müdafiə, təhlükəsilik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Gununsesi.info-ya müsahibəsində yaranmış vəziyyəti dəyərləndirib.

-Zahid bəy, AŞP A-nın Azırbaycanla bağlı qəbul etdiyi qətnaməni necə dəyərləndirisiniz və Azərbaycan sənəddə əks olunan məsələləri həll edəcəkmi?
– Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr bir daha göstərdi ki, Avropa strukturlarının otaqlarında ayarı-ayrı ölkələrə qarşı “səlib yürüşü” kimi dəyərləndirmək lazımdır. Yəni, Azərbaycanla bağlı məsələnin AŞPA-nın siyasi komitəsində müzakirələr nəticəsində gəldiyə rəyə baxmayaarq, qururmun belə bir qərar verməsi bunu göstəricisidir. Belə bir hal Azərbaycana deyil, digər ölkəyə qarşı da belə haqsız münasibət bəslənsəydi, münasibətimiz belə olcaqdı. Ona görə də AŞ PA-nın Azərbaycanla bağlı qəbul etdiyi sənədi ölkəmiz əleyhinə siyasət yürüdın qüvvələrin maraqlarının göstəricisi kimi dəyərləndirirəm. Burada ikinci söhbət ola bilməz. Çünki, sənəddə əksini tapan məsələlər, istər İlqar Məmmədov, istərsə digər şəxslərin azad olunması və sair, bunlar hamısı Azərbaycana təzyiq vasitəsidir. O baxımdan da Azərbaycan tərəfinin AŞ PA-nın bu hərəkətinə qarşı adekvat reaksiyası özünü çox gözlətmədi. Pezidentin köməkçiləri Əli Həsənov və Novruz Məmmədov Azərbaycanın Avropa Şurası ilə əlaqələrə yenidən baxılaraq, üzvlüyün dayandırması barədə fikirlər səsləndirdilər. Hesab edirəm ki, Azərbaycanın AŞ-yə qarşı adekvat reaksiyası idi. Çox böyük ehtimalla Azərbaycan AŞ PA-da üzvülüyünü dayandıra bilər.
– AŞ PA-dan çıxmaq Azərbaycana nə verəcək? Hansı effekti yaradacaq? Bu, Azəbaycana düşmənlərinə ölkəmizə qarşı hücumları üçün fürsət verməyəcəkmi?
– Azərbaycanın Qərblə münasibətlərinin pisləşməsində bölücü dövlətlər maraqlıdır. AŞ PA-nın qəbul etdiyi qərarda da gizli hücrələdə aparılan məxfi söhbətlərdə bu dövlətlərin rəyi nəzərə alınıb. Maraq da başa düşüləndir. Çünki Azərbaycanın Avropa strukturları ilə toqquşması bölücü ölkələrə geniş imkan yaradır. Azərbaycan tərəfi də AŞ PA ilə münasibətlərin bu həddə çatmasında digər paytaxtlarda hazırlanaraq ,ölkəmizə qarşı uzana əllər barədə də açıq deyir.
Bu siyasətdə sinanılmış taktika və təcrübədir.
aspa
-Bəs belə olan təqdirdə, AŞPA ilə belə kəskin qarşıdrumaya getməyə dəyərmi? Ermənilər bundan faydalanmayacaqmı?
– Şübhəsiz ki, Azərbayacanın AŞ PA-da fəaliyyətini dayandırması Ermənistanın bir sıra maraqlarına xidmət edəcək. Onlar daha inamlı şəkildə Azərbaycanda insan haqlarının pozulmasını bayraq edərək, Qarabağda yaşayan ermənilərin bu ölkənin tərkibində yaşamasının qeyri-mümkün olduğunu dilə gətirəcəklər. Ermənilər bundan faydalanıb Qarabağın müstəqilliyi üçün əlavə arqumentlər əldə etməyə cəhd edəcəklər. Necə deyərlər, Azərbaycanın AŞ ilə toqquşması digər üçüncü ölkənin maraqlarının təmin olunmasına yol açacaqdır. Bu şübhəsizdir . Və bu məqamlar Azərbaycanın xarici siyasətində nəzərə alınacaq ki, hansısa qüvvələr və ölkələr bundan bəhrələnməsin.
-Olmazmı ki, belə olan təqdirdə Azərbaycan problemlərin həlli istiqamətində elə Avropa strukturları ilə daha sıx dialoq yolu ilə məsələləri həll etsin?
– Təbii. Azərbaycan da elə bu yolu tutub. Baxın, Azərbaycan prezidenti ölkəmizə qarşı, bu, lobbi mərkəzlərinin, fraksiyalarının, onların arxasında duran qüvvələrin fəaliyyətinə baxmayaraq Avropa strukturları ilə sıx əməkdaşlıq yolunu tutub. Məhz buna görə də, Azərbaycan Şərq tərəfdaşlığı proqramı çərçivəsində Avropa İttifaqı ilə saziş imzalamağı planlaşdırır. Bu məqsədlə noyabrın 21-də Brüsseldə düzənlənəcək sammitdə iştirak edib, sənədi imzalayacaq.
Bu isə o deməkdir ki, Azərbaycan Avroatlantik məkana inteqrasiyadan qopmağı qətiyyən qarşısına məqsəd kimi qoymayıb, əksinə, daha ünvanlı şəkildə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Və bu siyasəti davam etdirəcək.
Burada digər bir məqamı da xatırlatmaq istəyirəm ki, AŞ PA-dakı proseslər bununla bitmir. Çünki, orada Azərbaycanın yetərincə dostları və tərəfdarları, realist düşüncə sahibləri var. Onlar yaxşı anlayır ki, Qafqazlardakı mühüm bir ölkə ilə sərt sanksiya dilində danışmağın mütləq bir geopolitik bər nəticəsi olacaq.
-Hesab edirsiniz ki, Azərbaycan Avropa strukturları ilə sıx əməkdaşlıq etməyi qarşısına məqsəd qoysa da, qarşı tərəf adekvat addım atmır. Bəs o zaman, bu qətnamələr nədən qaynaqlanır və Azərbaycana təzyiqin səbəbinin kökündə nə dayanır?
-AŞPA ilə Azərbaycan arasında qarşıdurma demək olar ki, artıq açıq müstəviyə keçib və kimsə bunu dana bilməz. Və burada da günah Azərbaycanda yox qarşı tərəfdədir. Azərbaycan tərəfi hər zaman sıx qarşılıqlı əməkdaşlığın tərəfdarı olub. Ancaq qarşı tərəf hər fürsətdə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib. Elə AŞPA-nın son qətnaməsinin müddəlarına baxsaq görərik ki, bunun kökündə Azərbaycana təzyiq edib, öz niyyətlərini həyata keçirmək planı dayanır. Yəni, bu yolla Avropa öz adamlarını Azərbaycan hakimiyyətində yerləşdirmək və təmsilçiləri vasitəsi ilə Azərbaycanda da Ukraynadakı kimi bir idarəetmə modeli formalaşdırsınlar. Digər məsələ iqtisadi maraqlarını təmin etməkdir.
Daha vacib bir məsələ isə ondan ibarətdir ki, bu qətnamənin qayəsində Azərbaycanda 2018-ci ildə keçiriləcək prezident seçkilərinə yönəlik məqamlar var. Ona görə də təzyiq yolu ilə bu planlarını reallaşdırmaq istəyirlər. Bax bütün bu davaların arxasında sadaladığım bu məsələlər dayanır.
– Həmin qətnamədə İlqar Məmmədova azadlıq istənilir. Xatırladım ki, Azərbaycan Avropa Şurasına üzvlükdən sonra Strasburq Məhkəməsinin qərarlarının icrasını üzərinə öhdəlik kimi götürüb. Azərbaycandan öz öhdəliyinə əməl etmək tələb olunur. Digər məqam, İlqar Məmmədovla bağlı israr nədən doğur, o, bu qədərmi hakimiyyət üçün təhlükədir ki, həbsdə saxlanılır?
-Unutmayın ki, 2003-2005-ci illərdə İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdə, beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin indiki kimi oturuşmadığı, neft gəlirlərinin hələ təcəzə gəldiyi bir zamanda 90-ci illərdə Azərbaycanın siyasi həyatında mühüm rol oynayan Rəhim Qazıyev, Surət Hüseynov, Əlikram Hümbətov kimi hərbi-siyasi qruplaşamaların liderlərini həbsdən azad etdi. Məsələ bu gün İlqar Məmmədovun və ya digər məhbusların həbsdən azad edilməsi deyil.
Məsələ ondadır ki, İlqar Məmmədov və digərləri azad olunsaydı və orada irəli sürülüən tələblərin bir çoxu yerinə yetirilsəydi belə, yenə başqa məsələlər tapılacaqdı, bəhanələr gətirələcəkdi.
Siz təsəvvür edin bu gün dünyada münaqişələr nəticəsində kütləvi qırğın halları baş verir, insan hüquqları kobud surətdə pozulur və sair. Bütün bunlar müharibənin yaratdığı fəsadlardır deyibən, üstündən vaz keçilir və bəşəri cinayət hesab olunmur. Ancaq hansısa ölkədə bir fərdin hüququ pozulur və yaxud ona cəhd edilir, bu məsələ ölkədaxili məsələdən çıxıb olur beynəlxalq məsələ hesab olunur. Və bax beynəlxalq təşkilatlar və qüvvələr bu metodlardan istifadə edərək, ölkələrin daxili işinə müdaxilə edib, öz niyyətlərini həyata keçirməyə çalışırlar. Elə götürək bir müddət öncə beynəlxalq mediada Azərbaycana qarşı aparılan qara piarı. Məqsəd nə idi?! Hansısa qüvvə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsini idarə etmək arzusuna düşümüşdü. Ona verilən cavabdan sonra əlidnə olan media və xarici QHT-lər vasitəsi ilə Azərbaycana təzyiq etməyə.Burada mən Sorosu nəzərdə tuturam. Odur ki, məsələyə dar çərçivədən deyil, bir az daha geniş prizmadan yanaşmaq lazımdır. Bir daha təkrar edirəm ki, burada problem bir fərddən getmir. Əgər sorun busa, həll etmək olar. Ancaq həll etdikcə, digər yeni nəsə tapılır və bu yolla təzyiqlər edilir.
-Belə olan təqdirdə, Azərbaycan AŞPA-da fəalyyətini dayandırarsa nə gözləyir?
-Təbii ki, yuxarıda söylədiyim ki, Azərbaycan bu qurumda fəaliyyətini dondurduğu ilk zamanlarda bu əlaqələrin pozulmasından yararlanmağa çalışan qüvvələr fəallaşacaq. Bu zaman xarici qüvvələrlə yanaşı, daxili qüvvələr də faydalanmağa çalışacaqlar. Hətta Avropa Azərbaycanın daxildəki qüvvələri üçün xaricdə bir neçə telekanalının da fəaliyyətini təmin edəcək.
Lakin 6-8 aydan sonra proseslər başqa səmtə yönələcək. Çünki bu qurumlar getdikcə Azərbaycanın həəmiyyəti dərk edəcək və özləri Azərbaycanla konstruktiv əməkdaşlığa can atacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...