Seçkilərə ən çox hansı ölkə təsir edir?

Seçkilərə ən çox hansı ölkə təsir edir?

Sputniknews.com hansı ölkənin dünyada seçkilərə daha çox təsir etdiyini araşdırıb. Novator.az-ın məlumatına görə, sorğuya cəlb olunan Fransa, Böyük Britaniya, Polşa və Almaniya sakinləri digər ölkələrdəki seçkilərə ABŞ-ın daha çox təsir etdiyi qənaətindədir. Fransa və Polşada respondentlərin 43%-i, Almaniyada 41%-i, Böyük Britaniyada 33%-i hesab edir ki, ABŞ-ın digər ölkələrdəki seçkilərə təsiri var.

Sorğuya cəlb olunan respondentlərin digər qismi xarici ölkələrdə seçkilərə Rusiyanın təsir etdiyini deyib. Polşada respondentlərin 29%-i, Almaniyada 28%-i, Fransada 27%-i, Böyük Britaniyada isə 21%-i Rusiyanın xaricdəki seçkilərə təsir etdiyini düşünür.

Böyük Britaniyada respondentlərin 18%-i, Polşada 12%-i, Almaniyada 10%-i, Fransada 8%-i digər ölkələrdəki seçkilərə Avropa İttifaqının təsir etdiyini vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
956 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...