Müsavat Partiyası oktyabrın 21-də yürüş keçirməyəcəyini bəyan edib

Müsavat Partiyası oktyabrın 21-də yürüş keçirməyəcəyini bəyan edib

Müsavat Partiyası 21 oktyabr yürüşü ilə bağlı qərarını açıqlayıb.

Partiyadan APA-ya verilən məlumata görə, qərarda yürüşün keçirilməyəcəyi, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizənin bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdiriləcəyi bəyan edilib.

Qeyd edək ki, Müsavat Partiyası oktyabrın 21-nə yürüş təyin edib, aksiyanın keçirilməsinə razılıq verilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət ünvanlayıb.

Meriya isə yürüşün keçirilməsinə razılıq verməyərək, Müsavat Partiyasına həmin tarixdə keçmiş "Məhsul" stadionunda mitinq keçirməyi təklif edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
777 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...