“Səhiyyə və təhsil obyektləri özəlləşdirilsin!” - Qüdrət Həsənquliyev

“Səhiyyə və təhsil obyektləri özəlləşdirilsin!” -

“Hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır. 2018-ci ilin büdcə layihəsində onlar üçün 200 milyon manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərədə tutulub. Həmçinin 42 milyon manat xarici kreditlər hesabına ayrılacaq. 42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək? Bu haqda məlumat verilməlidir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat hesab edir ki, prioritet yeni idman obyektləri olmalı deyil: “Yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılması nəzərdə tutulub. İdman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır. Prioritet 25 ildən artıq bir müddətdə dözülməz şəraitdə yaşayanlar üçün şərait yaratmaq olmalıdır”.

Millət vəkili, həmçinin uşaqlar üçün müavinətlərin artırılmasının vacibliyini qeyd edib: "Avropa ölkələrində dövlət hər ay uşağa 100 avro pul verir. Heç olmasa işsiz valideynlərin uşaqlarına müavinətlər artırılmalıdır. Hazırda ölkədə bir uşaq doğumu 500-1000 manata başa gəlir. Heç olmasa onlar üçün birdəfəlik müavinət ayrılmasını nəzərə almalıyıq."

Q.Həsənquliyev qeyd edib ki, hakimlərin sayı 2 dəfə artırılmalıdır: "Hazırda ölkədə 555 hakim ştatı var ki, onlardan 49-u vakansiyadır. Azərbaycanda min nəfərə düşən hakim sayı Avropa ölkələrindən çox geri qalır. Hakimlərin sayı 2 dəfə artırılmalıdır. Bunun üçün də vəsait ayrılmaldıır. Başqa sahələrdən vəsaiti kəsmək olar. İdman obyektərini tikintisini təxirə salmaq olar. Həmçinin yeni səhiyyə və təhsil obyektlərinin tikintisinə büdcədən vəsait ayırmaq əvəzinə bu obyeklərin özəlləşdiriməsi daha məqsəduyğundur”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Рейтинг@Mail.ru
Loading...