İran Bakıya razılıq verdi, Ankaraya yox

İran Bakıya razılıq verdi, Ankaraya yox

Tehran və Aşqabad arasında türkmən qazının svop sxem üzrə ixracı barədə danışıqlar davam edir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Milli Qaz Şirkətinin rəhbəri Həmid Rza Araki söyləyib. Onun sözlərinə görə, tərəflər türkmən qazının İraq, Türkiyə, Azərbaycan və Ermənistana svop sxem üzrə tədarükünü müzakirə ediblər:

“İran yekun olaraq svop sxem üzrə türkmən qazının İraq və Türkiyəyə tədarükündən imtina edib. Azərbaycan və Ermənistana isə bu sxem üzrə tədarükdə heç bir problem yoxdur”.

Qeyd edək ki, svop tədarük əvəzetmə sxemi əsasında gerçəkləşdirilən tədarükdür. Bu sxemə əsasən ölkələr arasında məhsulun birbaşa daşıma imkanları olmayanda əvəzetmə sxemindən istifadə edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...