Zaxarovadan Qarabağ açıqlaması: “Moskva səylərini davam etdirir”

Zaxarovadan Qarabağ açıqlaması:

“Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səylərini davam etdirir”.

AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri ilə münaqişə tərəflərinə qarşılıqlı məqbul həll yolu tapmaq üçün yardımını davam etdirir:

“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistana edəcəyi səfər zamanı əsas müzakirə mövzularından biri olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...