Nazir açıqladı: Ərdoğan Merkellə barışmaq istəyir

Nazir açıqladı: Ərdoğan Merkellə barışmaq istəyir

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə şəxsən görüşmək niyyətindədir.

AzVision.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Nəşr yazır ki, Ərdoğan hazırda iki variantı nəzərdən keçirir: Merkeli Ankaraya dəvət etmək və ya özü Almaniya getmək. “Biz dialoqu davam etdirməliyik”, - deyə Çavuşoğlu bildirib.

Nazir, həmçinin vurğulayıb ki, Ərdoğan dəfələrlə Merkel və Almaniya prezidenti Frank-Valter Ştaynamyerlə telefonla danışıb.

Qeyd edək ki, Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdindən sonra pisləşib. Aİ çevriliş cəhdindən sonra Türkiyə rəhbərliyinin kütləvi həbslərlə bağlı qərarını tənqid edib və Türkiyənin bu quruma daxil olması ilə bağlı prosesdə yeni səhifənin açılmasını dayandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
780 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...