ABŞ Rusiyaya qarşı "Kreml hesabatı" sanksiyasını konqresə çıxarır

ABŞ Rusiyaya qarşı "Kreml hesabatı" sanksiyasını  konqresə çıxarır


ABŞ Maliyyə Nazirliyi Konqresin 2017-ci ilin iyulunda qəbul etdiyi və avqustun 2-də prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minən sanksiya qanunu əsasında hazırladığı "Kreml hesabatı" adlı sənədi qanunverici orqana təqdim edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hesabat məxfi və açıq hissələrdən ibarətdir. Sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96 nəfəri isə dövlət şirkətlərinin rəhbərləri, o cümlədən oliqarxlardır. Bu şəxslər 4 ayrı kateqoriyaya ayrılıb: "Prezident Administrasiyası", "Nazirlər Kabineti", "Digər yüksək səviyyəli siyasi liderlər" və "Oliqarxlar".
поделен на четыре части — «Президентская администрация», «Кабинет министров», «Другие высокопоставленные политические лидеры» и «Олигархи».

Подробнее на РБК:
https://www.rbc.ru/politics/30/01/2018/5a6ffcaf9a7947360aace63d?from=mainсписок из 210 фамилий, который поделен на четыре части — «Президентская администрация», «Кабинет министров», «Другие высокопоставленные политические лидеры» и «Олигархи».

Подробнее на РБК:
https://www.rbc.ru/politics/30/01/2018/5a6ffcaf9a7947360aace63d?from=main

Siyahıya Rusiyanın baş naziri Dmitri Medvedev başda olmaqla, Nazirlər Kabinetinin bütün üzlərinin, o cümlədən xarici işlər naziri Sergey Lavrovun adı daxil edilib.

Prezident Administrasiyasından bu orqanın rəhbəri Anton Vayno, onun birinci müavini Aleksey Qromov, prezident Putinin köməkçisi Vladislav Surkov və prezidentin mətbuat katibi Dmitri Peskov siyahıya salınıb.

Digər yüksək səviyyəli siyasi liderlər sırasında Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov, baş prokuror Yuri Çayka, İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, Milli Qvardiyanın komandanı Viktor Zolotov, Moskva meri Sergey Sobyanin, Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko, "Qazprom"un rəhbəri Aleksey Miller, "Rosneft"in rəhbəri İqor Seçin, hərbi-sənaye kompleksinin aparıcı şirkəti olan "Rostex"in başçısı Sergey Çemezov, "Sberbank"ın sədri German Qref, VTB-nin sədri Andrey Kostin, "Vneşekonombank"ın sədri Sergey Qorkov və digərlərinin adları var.

Oliqarxlar (varidatı 1 milyard dollardan çox olan iş adamları) siyahısına isə Roman Abramoviç, Oleq Deripaska, Leonid Fedun, Mixail Qutseriyev, Mixail Fridman, Yevgeni Kasperski, Leonid Mixelson, Pyotr Aven, Aleksey Mordaşov, Vladimir Potanin, Arkadi Rotenberq, Boris Rotenberq, Dmitri Rıbolovlev, Gennadi Timçenko, Alişer Usmanov, Vladimir Yevtuşenkov, Viktor Vekselberq, Süleyman Kərimov, Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Məmmədov, İsgəndər Mahmudov, Qod Nisanov, Samvel Karapetyan, Danil Xaçaturov kimi məşhurların və tanınmışların adları daxil edilib.

Qeyd edək ki, bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi demək deyil. Konqres siyahı və xüsusən də onun məxfi hissəsindəki məlumatlar əsasında bu şəxslərə qarşı ABŞ-a səyahət qadağası, ABŞ-dakı aktivlərinin, mal varlıqlarının dondurulması da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq edə bilər. Eyni zamanda, "qara siyahı"ya düşmək bu şəxslərin öz bizneslərini genişləndirmək imkanlarının məhdudlaşması mənasına gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
804 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...