MSK növbədənkənar seçkilərlə bağlı qərar verdi

MSK növbədənkənar seçkilərlə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verib. AzVision.az xəbər verir ki, qərara əsasən, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin edilib. Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Bununla bağlı ötən gün Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
753 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...