YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim edib

YAP İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədləri MSK-ya təqdim edib

Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin qeydə alınması üçün tələb edilən sənədlər Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilərək Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Bu barədə APA-ya YAP-dan məlumat verilib.

Məlumatda bildirilir ki, YAP-ın 2018-ci il fevral ayının 8-də VI qurultayı keçirilib.

Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP sədri, prezident İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
73 dəfə oxundu
 


XƏBƏR LENTİ
Loading...