Ərdoğanla Tillersonun görüşü başladı

Ərdoğanla Tillersonun görüşü başladı

ABŞ dövlət katibi Reks Tillerson Türkiyənin paytaxtı Ankaraya gəlib.

Axar.az xəbər verir ki, ABŞ rəsmisinin Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib.

Məlumata görə, səfərin əsas məqsədi “Zeytun budağı” əməliyyatı və ABŞ-ın YPG-yə dəstəyi ilə bağlı müzakirələr aparmaqdır.

Dövlət Departamentindən Türkiyə media orqanlarına verilən gizli məlumata görə, Tillerson Ərdoğandan “Zeytun budağı” əməliyyatını məhdudlaşdırmasını istəyəcək.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət katibi Reks Tillersonu qəbul edib.

Görüşdən sonra rəsmilərin mediaya açıqlamalar verməsi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...