Mövlud Çavuşoğlu: “Türkiyə-ABŞ əlaqələrinin normallaşdırılması barədə razılığa gəldik”

Mövlud Çavuşoğlu: “Türkiyə-ABŞ əlaqələrinin normallaşdırılması barədə razılığa gəldik”

“Biz ABŞ-ın FETÖ, YPG-yə dəstək məsələsində mövqeyimizi ciddi şəkildə nəzərə almasını gözləyirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, ABŞ və Türkiyə diplomatları martın ortalarında bir araya gəlib mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələri davam etdirəcəklər: “Artıq vəd, söz deyil, konkret addımlar atılmasını istəyirik. Ya bu əlaqələri yenidən bərpa edəcəkdik, ya da münasibətlərimiz pisləşməyə doğru gedəcəkdi. Dünən axşamdan etibarən ortaya qoyduğumuz iradə ilə əlaqələrimizin normallaşdırılması barədə razılığa gəldik”.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə deyib ki, rəsmi Vaşinqton Türkiyə ilə əlaqələrinə böyük əhəmiyyət verir: “Bu əlaqələrimizi gələcəkdə də inkişaf etdirəcəyimizə inanıram”.

O, “ABŞ YPG və PYD-ni silah-sursatla təmin etməyi dayandırmağı, Münbiçdən hərbçilərini çəkməyi planlaşdırırmı” sualını belə cavablandırıb: “Dünən axşam bu kritik məsələləri müzakirə etdik. Bu məsələ ortaq mətbuat bəyanatında bildirilib. ABŞ və Türkiyənin Suriya ilə bağlı hədəfləri arasında heç bir fərq yoxdur. Suriya ilə bağlı siyasi problemi dəstəkləmək, hər hansı bölünmə olmadan bunu etmək istəyirik. Bu məsələlərlə bağlı fəaliyyətimizi əlaqələndirəcəyik. İŞİD və başqa terrorçu qruplaşmalara qarşı mübarizəmizi də əlaqələndirəcəyik. Suriyanın şimalı ilə bağlı fəaliyyətimizi gücləndirəcəyik. Suriyada sabitliyin təmin olunması çox vacib məsələdir. Biz Cenevrə danışıqları çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik".

R.Tillerson "Vəziyyət “Osmanlı şapalağı” səviyyəsinə gəldi" sualını isə belə dəyərləndirib: "Əlaqələrimiz böhran nöqtəsində idi. Geriyə baxmağın faydalı olacağını düşünmürəm. Səmimi şəkildə mövqelərimizi açıqladıq, birlikdə hərəkət edəcəyik. Bütün problemləri dəyərləndirib İŞİD-ə qarşı addımlar atacağıq. Başqa terrorçu qruplaşmalar olsa, onlara qarı da mübarizəni birlikdə aparacağıq. Bu fəaliyyətimizin ilkin nəticəsini martda dəyərləndirəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...