Keçmiş müttəfiqləri Rəsul Quliyevin üstündən “xətt çəkdi”

Keçmiş müttəfiqləri Rəsul Quliyevin üstündən “xətt çəkdi”

Məlum olduğu kimi prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri elan edilsin.

Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Bundan öncə Azərbaycanın eks-spikeri, uzun illərdir Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyev də prezident seçkilərində iştirak edəcəyini bildirmişdi. Maraqlıdır, Rəsul Quliyev seçkilərdə iştirak edəcəyi halda, keçmiş müttəfiqləri ona dəstək olacaqmı?

ADP sədri Sərdar Cəlaloğlu Modern.az saytına açıqlamasında bildirib ki, Rəsul Quliyevin seçkilərdə iştirakı mümkün deyil:

“Rəsul Quliyevin seçkilərdə iştirak etməsi necə mümkün ola bilər ki? Yox əgər, onun seçkilərdə iştirak etmə ehtimalı olarsa, o zaman qətiyyən dəstək olmaq fikrim yoxdur.Hazırda da Rəsul Quliyevlə heç bir əlaqəmiz yoxdur”.

Ədalət Partiyasının sədri, keçmiş İlyas İsmayılov qeyd edib ki, seçkilərdə heç kimə dəstək olmaq fikrində deyil:

“Biz ümumiyyətlə özümüz də prezident seçkilərinə qatılmayacağıq.Rəsul Quliyevin iştirakına qaldıqda isə, mən heç kimə dəstək olan deyiləm. Niyə dəstək olmalıyam? Hazırda heç kimlə əlaqələrim pis deyil. Hamı ilə münasibətlərim normaldır. Amma Rəsul Quliyev də daxil olmaqla, heç kimlə əlaqə yaratmıram”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
867 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...