Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasına Sergey Lebedev rəhbərlik edəcək

Azərbaycanda seçkiləri izləyəcək MDB müşahidə missiyasına Sergey Lebedev rəhbərlik edəcək

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev MDB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyasına rəhbərlik edəcək.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının bu gün Minskdə keçirilən iclasında qərar verilib.

MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev MDB-nin Azərbaycanda prezident seçkiləri ilə bağlı müşahidə missiyasına rəhbərlik edə bilər.

APA-nın TASS-a istindən verdiyi məlumata görə, bunu S. Lebedev MDB ölkələri Daimi Nümayəndəlikləri Şurasının iclasından öncə verdiyi açıqlamada deyib.

O bildirib ki, şuranın iclasında nümayəndə heyətinə rəhbərlik və onun namizədliyinin irəli sürülməsi məsələsi müzakirə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
671 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...