Trampın “hər kəs özünə cavabdehdir” siyasəti dünyanı uçuruma itələyir -

Trampın “hər kəs özünə cavabdehdir” siyasəti dünyanı uçuruma itələyir -


“Tramp dövrünün dünyasında artıq kimsə hansı müqəddəsə dua edəcəyini bilmir. Avropalılar da, çinlilər də bunun fərqindədirlər”,-Fransanın “Le Monde” qəzetindən Silviya Kaufman yazır.

Yazar soyuq müharibə dövründən sonra formalaşan dünya düzəninin yeni prezidentin sayəsində artıq parçalanma həddinə gəldiyini bildirərək öz fikirlərini aşağıdakı cümlələrlə əsaslandırır:
“Bu dağıdıcı prezident hakimiyyətə gəldiyindən bu yana beynəlxalq münasibətləri alt-üst etməyi bacarıb.

Avropalılar onun iqtidarının ilkin dövründə, yəni 1-ci fazasında olduqca optimist idilər: “Eybi yox, hakimiyyət reallığı bu adamı ağıllandıracaq”. Lakin “ağıl” heç də yerinə gəlmədi. Bu zaman Trampla bağlı gözləntilərin “kabinetindəki böyük uşaqlar onu ağıllandırar” adlı 2-ci fazası başladı. Yəni qoy prezident tvitterdə nə qədər istərsə çərənləsin, onun ətrafında dərrakəli adamlar çoxdur. Fevralın 16-18-də keçirilən, dövlət başçılarının, müdafiə nazirlərinin və ekspertlərin planetin təhlükəsizliyi barədə fikirlərini açıqladıqları Münhen Təhlükəsizlik Konfransında isə 3-cü faza aydın oldu- “Oval kabinetin sahibi öz bildiyini oxuyur. Böyük adamlar administrasiyada hakimiyyəti ələ ala bilməyiblər”.

Müəllfin fikrincə, Münhendə Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Herbert Makmasterin çıxışı əsl ağılllı adam təsiri oyadıb. “Lakin çıxışdan dərhal sonra ABŞ prezidentinin növbəti tviti peyda oldu: “Cənab Makmaster əsas sözü söyləməyi unudub. O deməliydi ki, prezident seçkiqabağı dörvdə ruslarla əlaqəsi ilə bağlı ittihamlar qarşısında tərtəmizdir”.

İndi ABŞ müdafiə naziri Ceyms Mettisin Münhen konfransında nədən çıxış etməkdən imtina etdiyini başa düşmək olar”, - Kaufman yazır.
“Mettislə oturub nəyisə müzakirə etmək mümkündür. Lakin problem bundadır ki, biz son sözün nə olacağını və aparılan müzakirələrin prezident tərəfindən dəstəklənəcəyini bilmirik”, - bir avropalı dövlət rəhbəri müəllifə bildirib.

Kaufmanın fikrincə, amerikalı siyasətçilər, diplomatlar, parlament üzvləri artıq öz partnyorlarını Trampın tvitlərinə fikir verməməklə bağlı inandıra bilmirlər.

“İndi dünya arenasında bütün bunlar hansı nəticələr doğuracaq. ABŞ-ın dünya liderliyi artıq mövcud deyil. Doğrudur ABŞ hələ də xaricdə bir sıra əməliyyatlarda iştirak edir. Lakin Vaşinqton daha dünya düzənini qorumaqla bağlı özündə heç bir öhdəçilik götürmür. Tramp bunu BMT Baş Assambleyasında açıq şəkildə ifadə etdi. “Gedin öz başınıza çarə qılın”, - yazıda qeyd olunur.

Kaufmanın rəyinə görə, dünya bu gedişatla sürətlə uçuruma doğru irəliləyir: “Bu ilki Münhen konfransı “Uçurum kənarına doğru və əksinə” şüarı altında keçirildi. Uçurum, görünür, lakin dönüş yolu hələ tapılmayıb.

Dünya ağır vəziyyətdədir. Sağlam düşüncəli avroplılar bunu anlayır. Onlar doğru yol tapmaq üçün təşkilatlanmağa cəhd edirlər. Lakin Amerikanın liderliyi olmadan, bu səylər onları gah Şərqə, gah da Qərbə doğru yönəldir”.

Müəllfin rəyinə görə, bütün bu gəlişmələr yalnız bir dövlətin işinə yarayır.

“Bu günlərdə bizim üçün əsas problemlərdən biri də indiki məqamda həqiqi “geostrateji baxışa” malik olan yeganə dövlətin Çin olmasıdır”, -məqalədə Almaniya xarici işlər naziri Ziqmar Qabrielin sözlərinə yer verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...