İran və İsrailin fevral toqquşması: böyük savaş başlayır?

İran və İsrailin fevral toqquşması:

2019-cu ildə İranla İsrail arasında böyük müharibə başlaya bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə “Nəşinəl İnterest” qəzeti çıxış edib.

“İran artıq regionda böyük aktivlik göstərir. Onun hərbçiləri və İslam İnqilabı Keşikçiləri Korpusundan olan döyüşçüləri Suriya savaşında iştirak edirlər. İran həmçinin Hizbullahı da dəstəkləyir. Bu il fevralın ilk yarısında İran və İsrail arasında artıq birbaşa toqquşma yaşanıb. Əgər bundan sonra yaranan konflikt sakitləşməsə, İranla İsrail arasında gələn il savaş başlayacaq”.

Nəşrin iddiasına görə, müharibənin başlanması üçün digər səbəb İranın daxili problemləri ola bilər. “Bu ölkənin rəhbərliyi müharibəyə gedərək, xalqının diqqətini iqtisadi çətinliklərdən yayındırar”, – deyə məqalədə bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
932 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...