Avropa ölkəsində Türkiyə səfirliyinə hücum oldu

Avropa ölkəsində Türkiyə səfirliyinə hücum oldu

Türkiyənin Berlindəki səfirliyinə naməlum şəxslər tərəfindən hücum təşkil olunub. Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, hücum edən şəxslər səfirlik binasına tərəf sarı, qırmızı və yaşıl rəngli boya torbaları atıblar. Tierqarten parkından gələn 4 nəfər hadisəni törətdikdən piyada qaçaraq gözdən itiblər. Hər şey sürətlə baş verdiyindən alman polisi hadisəyə müdaxilə edə bilməyib.

10 dəqiqə sonra polis dəstələri hadisə yerinə gələrək yolları bağlayıb və araşdırmaya başlayıb. Bildirilir ki, cinayətkarlar qara geyimdə olublar. Hadisə yerindən uzaqlaşarkən bir taksi sürücüsü onlara kömək edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...