Rusiya MSK: Bülletenlərin 96 faizi sayılıb, Putin 76,5 faiz səslə irəlidədi

Rusiya MSK: Bülletenlərin 96 faizi sayılıb,

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 96,18 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 76,5 faiz səslə irəlidədir.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 11,9 faizinin səsini toplaya bilib. Üçücü yerdə 5,7 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,6 faiz səslə Kseniya Sobçak gəlir.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.

***** 02.30

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 84,4 faizi hesablanıb.

İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 76,2 faiz səslə qalib irəlidədir.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 12,2 faizinin səsini toplaya bilib. Üçücü yerdə 5,9 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,5 faiz səslə Kseniya Sobçak gəlir.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.

***** 01.20

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 68,4 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 75,9 faiz səslə irəlidədir.

İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 12,6 faizinin səsini toplaya bilib. Üçücü yerdə 6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak gəlir.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.


****

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. APA-nın Moskva müxbirinin Rusiya MSK-da yaradılan İnformasiya Mərkəzindən verdiyi xəbərə görə, hazırda ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 33,24 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 73,5 faiz səslə qalib gəlib.
İkinci yerdə isə Kommunist Partiyasının namizədi, Lenin adına Sovxozun direktoru Pavel Qrudinindir. O, seçicilərin 14,5 faizinin səsini toplaya bilib. Üçüncü yerdə 6,6 faiz səslə liberal demokrat Vladimir Jirinovski, dördüncü yerdə 1,4 faiz səslə Kseniya Sobçak qərarlaşıb.

Digər namizədlər Sergey Baburin, Qriqori Yavlinski, Boris Titov və Maksim Suraykin 1 faizdən az səs toplaya biliblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
836 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...