Ziyafət Əsgərov : "Rusiyada seçkilər şəffaf və demokratik keçib"

Ziyafət Əsgərov : "Rusiyada seçkilər şəffaf və demokratik keçib"

Milli Məclisin birinci vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının koordinatoru Ziyafət Əsgərov Rusiyada keçirilən prezident seçkiləri ilə bağlı Rusiya Mərkəzi Seçki Komissiyasında hesabat verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MDB müşahidə missiyasının işi ilə bağlı hesabatla çıxış edən Z. Əsgərovun sözlərinə görə, Rusiyada prezident seçkiləri şəffaf, demokratik və Rusiya Federasiyası qanunlarına uyğun keçib:

"Seçki prosesinin ümumi səviyyəsi çox yüksək olub. MDB müşahidə missiyasının üzvləri Rusiyanın bir çox subyekt və şəhərlərində müşahidələr aparıblar. Biz seçkilərdə həm qısamüddətli, həm uzunmüddətli müşahidələr aparmışıq. Deyə bilərəm ki, qeyd olunan texniki məsələlər heç bir halda seçkilərin nəticələrinə təsir etmir. Seçkilər şəffaf, demokratik və Rusiyanın qanunlarına uyğun şəkildə keçib və beynəlxalq standartlara cavab verir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...