Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb

Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, o, aprelin 3-də Ankarada olacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındada təkbətək görüş keçiriləcək. Bundan başqa, iki dövlətin liderləri Türkiyə-Rusiya Ali Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər.

İki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərindən danışılacaq yığıncaqda Suriyadakı son vəziyyət də müzakirə olunacaq. Həmin gün R.T.Ərdoğan və V.Putin "Akkuyu" Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar.

Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərfəli zirvə toplantısı keçiriləcək. Dövlət başçıları Suriyadkı vəziyyəti müzakirə edəcəklər.

Həmin gün R.T.Ərdoğanın İran Prezidenti Həsən Ruhani ilə görüşü də olacaq. Prezidentlərin ikitərəfli əlaqlələri müzakirə edəcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...