Belarus prezidenti: “Azərbaycan xalqı prezident seçkilərində ölkənin inkişafına səs verəcək”

Belarus prezidenti: “Azərbaycan xalqı prezident seçkilərində ölkənin inkişafına səs verəcək”

Belarus prezident Aleksandr Lukaşenko Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə Azərbaycanda keçiriləcək prezident seçkilərindən də danışıb. “

"Ölkə.Az” xəbər verir ki, görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

“11 aprel tarixində Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əminəm ki, Azərbaycan xalqı ölkənin möhkəmləsi və dövlətin inkişafı üçün səs verəcək. Rəsmi Minsk Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına da əmindir”, - deyə Lukaşenko bildirib.

Lukaşenko həm də qeyd edib ki, Rusiyanın MDB dövlətlərinin lideri mövqeyini qoruyacağına ümid edir. Bununla yanaşı, Belarus lideri Rusiyada keçirilən prezident seçkiləri münasibətilə də Moskvanı təbrik edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
844 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...