YAP-a 8,3 milyon manat, Müsavata 6,8 min manat gəlib

YAP-a 8,3 milyon manat,

Aprelin 1-də siyasi partiyaların 2017-ci illə bağlı maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etmək üçün nəzərdə tutulmuş müddət başa çatıb. Novator.az-ın məlumatına görə, aprelin 13-dək 55 rəsmi siyasi partiyadan 19-u MSK-ya hesabat təqdim edib.

“Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir. MSK bu barədə məlumatları internet saytında yerləşdirməli və ictimaiyyət məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyinin maliyyə hesabatlarını təqdim etməyən siyasi partiyaların dövlət qeydiyyatını ləğv etmək səlahiyyəti var.

2017-ci il üzrə hesabat verən partiyalar arasında Yeni Azərbaycan, Sosial Demokrat, Milli Dirçəliş Hərəkatı, Klassik Xalq Cəbhəsi, Müsavat, Xalq, Vəhdət, Böyük Quruluş, Liberal, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları da var.

Yeni Azərbaycan Partiyasının maliyyə hesabatına görə, ötən il partiyanın 8,3 milyon manat gəliri olub. Bunun 7,2 milyon manatı üzvlük haqqından gələn vəsait, 1,1 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitdir.

Müsavat Partiyasının 2017-ci il üzrə gəliri isə 6816 manat göstərilir. Üzvlük haqqından 3949 manat əldə edildiyi, partiyaya 2867 manat ianə verildiyi bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
847 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...